Modern.az

Rəsulzadənin nəvəsi: “Dəyərləri partiyalar arasındakı münasibətlə qarışdırmaq olmaz”

Rəsulzadənin nəvəsi: “Dəyərləri partiyalar arasındakı münasibətlə qarışdırmaq olmaz”

28 Yanvar 2014, 15:34

“İndiki Milli Şura seçkilər üçün yaranan qurumdur. Milli Şuranın nümayəndələrinin heç biri indiki Milli Şuranı keçmiş Milli Şura ilə eyniləşdirmirlər. Onların funksiyaları tamam başqa idi”.

Bunu Modern.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib. O, Rəsulzadə-Elçibəy yolunu davam etdirən partiyaların bir-birlərini ittiham etmələrinə də münasibət bildirib:

“Rəsulzadə deyirdi ki, partiyanın adından asılı olmayaraq əsas odur istiqlal ideyaları irəli çəkilsin. Onlar öz fəaliyyətlərində Rəsulzadənin prinsiplərini əsas götürüblər, çox yaxşı. Amma bir-birilərini ittiham edirlərsə, buna Rəsulzadə nə etsin? Bunların prinsipləri bəllidir. Rəsulzadə deyirdi ki, siz hansısa partiyanın nümayəndəsi ola bilərsiniz, amma müsavatçılıq ideyasını tətbiq edirsinizsə, əsas o götürülür. Bu addan asılı deyil. Bunlar partiyalarını yaradanda onu əsas götürüblər. Bu başqadır, öz aralarındakı münasibətlər tamam başqadır. Dəyərləri partiyalar arasındakı münasibətlə qarışdırmaq olmaz. Hansısa prinsipə görə onların arasında problem yaranırsa, ideyanın buna dəxli yoxdur”.

İlkin 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB