Modern.az

Rezidenturaya qəbul imtahanları keçiriləcək

Rezidenturaya qəbul imtahanları keçiriləcək

Təhsil

19 Mart 2025, 12:44

İctimai səhiyyə istiqaməti üzrə də rezidenturaya qəbul imtahanları keçiriləcək.

Bu barədə Modern.az DİM-dən məlumat verilib.

Qeyd olunub ki, bu istiqamət üzrə namizədlərin rezidenturaya qəbul imtahanlarında ilk dəfə iştirak edəcəyi nəzərə alınaraq otk.az portalına DİM tərəfindən baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (qəbul imtahanının 1-ci mərhələsi) modelinə uyğun yeni 7 nömrəli (N7) sınaq imtahanı yerləşdirilib. İctimai səhiyyə istiqaməti üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər istənilən vaxt sınaq imtahanında iştirak edərək biliklərini yoxlaya bilərlər.

İstiqamətlər üzrə baza fənlərinin proqramları arasında fərqlər olmasına baxmayaraq, digər istiqamətlər üzrə rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlər də sınaq imtahanına daxil olaraq test tapşırıqlarının məzmunu və formaları ilə tanış ola bilərlər.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!