
“Seçkidən sonra müəyyən adamlar Milli Şuradan istefa verdi. Mətbuatda isə Milli Şuranın dağıldığı anonsunu verirlər. Bilirsiniz, bu da bir prosesdir, qanunauyğunluq kimi qəbul etmək olar. Hər hansı bir qurum məqsədinə çatmayanda orada müəyyən dəyişikliklər olur. Milli Şura da məqsədinə çatmadı, amma bu, o demək deyil ki, qurum dağılır”.
B unu
Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, ekspert-kriminalist Mahmud Hacıyev deyib. O, Milli Şuranın Koordinasiya Şurasında təmsil olunmamasına da aydınlıq gətirib: “Orada hər şey demokratik qaydalarla aparılır. Namizədliyimi təqdim etmədilər deyə, səsverməyə qoyulmadı. Burada qəbahət görmürəm. Hər halda, Koordinasiya Şurasında savadlı hüquqşünaslar var”.
M.Hacıyev “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şuradan istefasına da münasibət bildirib: “Eldar Namazova Rüstəm İbrahimbəyovun yaxın adamı kimi baxmaq düzgün deyil. O konteksdən yanaşanda Cəmil Həsənlidən Rüstəm İbrahimbəyova yaxın adam yoxdur. Milli Şurada Rüstəm bəyə yaxın adamlar çoxdur. Eldar Namazov Milli Şuranı tərk edərkən dedi ki, işləri çoxdur. O, “El” Hərəkatının rəhbəridir deyə, o quruma daha çox diqqət ayırmağı məqsədəuyğun bilib. Namzovun Milli Şuranı tərk etməsinə baxmayaraq, “El” orada təmsil olunur”.
İlkin Pirəli