Modern.az

Rəsulzadənin yubileyi ilə bağlı rəsmi mərasim keçiriləcək - Nazirlik

Rəsulzadənin yubileyi ilə bağlı rəsmi mərasim keçiriləcək - Nazirlik

29 Yanvar 2014, 17:11

Modern.az xəbər verir ki, prezident İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncama uyğun olaraq yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidənin önündə mərasim təşkil olunacaq. Axşam isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

M.Ə.Rəsulzadənin məzarının ziyarəti və yubiley tədbirində iştirak məqsədilə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri də nəzərdə tutulub.

Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU