Modern.az

TQDK Məleykə Abbaszadəni təhrif edən jurnalistləri obyektivliyə çağırdı

TQDK Məleykə Abbaszadəni təhrif edən jurnalistləri obyektivliyə çağırdı

29 Yanvar 2014, 18:53


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəzi hallarda KİV tərəfindən bu və ya digər məlumatların təhrif olunması və ya birtərəfli qaydada ictimaiyyətə çatdırılmasından təəssüfləndiyini bəyan edib. Modern.az xəbər verir ki, qurumun bununla bağlı yaydığı bəyanatda deyilir:

“TQDK sədri Məleykə Abbaszadənin yanvarın 28-də 2013-cü ilin tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş tədbirdən sonra KİV nümayəndələri üçün açıqlamasında irəli sürdüyü bəzi məsələlərə dair fikirləri bir sıra mətbuat orqanları tərəfindən təhrif olunmuş, müəyyən hallarda isə Komissiya sədrinin fikirləri  konteksdən ayrılaraq natamam şəkildə təqdim edilmişdir. 

M.Abbaszadə bəzi şəxslərin saxta diplom əldə etməsi ilə bağlı verilən suala münasibət bildirərkən bu məsələnin TQDK-nın səlahiyyətinə aidiyyatı olmadığını və belə hallarla hüquq-mühafizə orqanlarının məşğul olmalı olduğunu bildirmişdir. Daha sonra isə bəzi dövlət ali məktəbləri adından belə diplomların verilməsinə TQDK-nın cavabdeh olmadığını vurğulamışdır. Diplom verən orqanların diplom verilməsi nəzərdə tutulan hər bir şəxs haqqında “Tələbə-məzun dövlət elektron məlumat sistemi”ndən müvafiq məlumatı öyrənmək  imkanına malik olduğunu qeyd etmişdir 

Bu açıqlamanı tam şəkildə deyil, yarımçıq halda təqdim etməklə süni şəkildə  iki dövlət qurumu arasında qarşıdurma olduğunu qələmə verməyə cəhd göstərilmişdir.  

Adı çəkilən tədbirdə Mətbuat Şurası tərəfindən jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı irəli sürülmüş təklifə Komissiya sədrinin münasibəti də birtərəfli qaydada işıqlandırılmışdır.    

Biz jurnalist həmkarlarımızı TQDK adından verilən məlumatları konteksdən  ayırmadan, tam şəkildə  təqdim etməyə çağırırıq”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU