Modern.az

Avropadan Putinin sualına CAVAB: “Bu sənəd Moskvaya təzyiq deyil”

Avropadan Putinin sualına CAVAB: “Bu sənəd Moskvaya təzyiq deyil”

30 Yanvar 2014, 10:11


“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı Rusiyanın və bizim ümumi qonşularımzla olan iqtisadi, sosial, mədəni və insani əlaqələrinə hər hansı təzyiq etmək üçün nəzərdə tutulmayıb”. Modern.az bildirir ki, bu sözləri  Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey Rusiya –Avropa İttifaqı arasında keçirilən görüşlə bağlı bəyanatında bildirib.

 

O qeyd edib ki, Avropa İttifaqı sazişlə bağlı Moskva ilə məsləhətləşmələr aparacaq. Rompeyin sözlərinə görə, bu əlaqələr heç bir halda təhlükə altın salınmayacaq, əksinə əməkdaş ölkələrin dinamik  və uğurlu iqtisadi inkişafı sayəsində daha da genişlənəcək.

“Ola bilsin Avropa Birliyi ilə assositaiv saziş barədə müxtəlif nöqtəyi, nəzər yaxud anlaşılmazlıq olsun.  Ona görə biz sazişin  hər iki tərəf üçün törədə biləcəyi iqtisadi nəticələrini müzakirə etməklə üçün Rusiya ilə ikitərəfli məsləhətləşmələrin aparlaması üçün razılıq əldə etdik”-deyə Rompey vurğulayıb.

 

 

X. SƏFƏROĞLU 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU