Modern.az

Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Azərbaycanlı tələbə ABŞ-da birinci oldu - FOTO

Təhsil

26 Mart 2025, 13:03

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, “Heydər Əliyev adına təqaüd”ün mükafatçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə ABŞ-da keçirilən "Golden Classical Music Awards” müsabiqəsində 1-ci yerə layiq görülüb.

Modern.az xəbər verir ki, o, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.

K.Məmmədzadə vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimovun və A.Əliyevin “Rast” improvizasiyalarını ifa edib.

Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Müqsabiqə çərçivəsində Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi