Modern.az

“Cinayət Məcəlləsində heyvanlara qarşı kobud rəftara görə məsuliyyət mövcud deyil” – Hüquqşünas

“Cinayət Məcəlləsində heyvanlara qarşı kobud rəftara görə məsuliyyət mövcud deyil” – Hüquqşünas

30 Yanvar 2014, 10:28


Belə məsəl var: “İtlə dostluq elə, amma çomağı əlindən yerə qoyma”. Günümüzün reallığı isə tam fərqli bir mənzərəyə tamaşa etmək məcburiyyətində qalır. İnsanlar itlərlə dostluğu kənara qoyub çomağa üstünlük verirlər. Bir müddət əvvəl bir yeniyetmənin vəhşiliyini əks etdirən video-çarx da buna sübutdur. İti qəddarlıqla döyüb öldürən oğlan hansı cəzanı aldı?

Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əlməmməd Nuriyev Modern.az-a açıqlamasında Azərbaycanda heyvanlara, xüsusilə də itlərə qarşı kobud rəftara görə cinayət məsuliyyəti mövcud deyil. “Azərbaycanda heyvanlara işgəncə verməyə, pis rəftara və yaxud onların qəsdən öldürülməsinə görə birbaşa hər hansı cinayət məsuliyyəti nəzərdə tutulmur. Bu məsələyə başqa cür yanaşmaq olar ki, Azərbaycanda əgər heyvanlar hər hansı bir şəxsə məxsusdursa, hüquqi şəxsin mülkiyyətindədirsə və onlar qəsdən məhv edilirsə onda bu məsələyə  mülkiyyətdə olan əmlakın məhv edilməsi kimi yanaşıla bilər. Buna görə də əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan norma vardır. Əvvəllər Azərbaycan Cinayət Məcəlləsinin 206-cı maddəsində heyvanlarla pis rəftara görə ayrıca bir norma var idi və orda cinayət məsuliyyəti nəzərdə tutulmuşdu. İndi belə bir məsuliyət yoxdur. Amma müxtəlif təzyiqlərdən dolayısı yolla istifadə edərək cinayət tərkibi yarada bilər”. Ə. Nuriyevin sözlərinə görə, xarici ölkələrdə də heyvanlarla pis rəftara görə məsuliyyətə cəlbetmə mövcuddur. “Xarici ölkələrin təcrübəsində heyvanlara əziyyətvermə, onları məhvetmə deyilən yanaşma vardır. Eyni zamanda, bəzi ölkələrdə bu ayrıca tərkib kimi də nəzərdə tutulur. Elə bir ölkə tapılmaz ki, heyvanların qəsdən məhv edilməsinə, pis rəftara görə məsuliyyət nəzərdə tutulmasın. İnzibati qaydada məsuliyyətə cəlbetmə məsələləri vardır. Cəzalar bir qayda olaraq, cərimə növündə olur. Bəzən heyvanları qəfəsə salırlar. Onlardan müxtəlif formada üzərində qeyri-qanuni eksperimentlər aparırlar. Heyvanların qulaqlarının kəsilməsi, dərisinin soyulması, quyruğunun soyulması hallarına rast gəlmək olur. Bu da yolverilməzdir. Heyvanı eybəcər hala salmağın özü də qanunla qadağan edilir”.

Hüquqşünas bildirir ki, heyvanların məhv edilməsi zamanı istisnalar da var. “Əgər həmin heyvan ekologiyaya təhlükə yaradırsa və yaxud da infeksion xəstəliklərin daşıyıcısıdırsa belə olan halda qurumun müvafiq rəyindən sonra onların kütləvi məhv edilməsi ola bilər.

 

  Namidə BİNGÖL  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU