Modern.az

Qış imtahan sessiyasında 134 min 519 tələbə iştirak edib

Qış imtahan sessiyasında 134 min 519 tələbə iştirak edib

30 Yanvar 2014, 12:06

2013-2014-cü tədris ili üzrə qış sessiyasında bu il cəmi 134 min 519 tələbə iştirak edib. Modern.az-ın məlumatına görə, bu haqda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev bildirib. Onun sözlərinə görə, sözügedən statistikanın 94 min 825 nəfəri dövlət ali məktəblərinə aiddir.
Y. Piriyev qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində olmayan universitetlər üzrə qış sessiyasında 20 min 565 tələbə iştirak edib. “Bütün imtahanlar nazirliyin ali məktəblər üzrə müvafiq əsasnaməsi üzrə həyata keçirilib. “Qaynar xəttə” imtahanlarla bağlı bu sessiyada 20 müraciət daxil olub”.  


Namidə Bingöl
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU