Modern.az

ABŞ kəşfiyyatı: “Yanukoviç hakimiyyəti saxlamaq üçün güc tətbiq etməyə hazırdır”

ABŞ kəşfiyyatı: “Yanukoviç hakimiyyəti saxlamaq üçün güc tətbiq etməyə hazırdır”

30 Yanvar 2014, 12:38

Ukrayna prezidenti Viktor Yanukoviç hakimiyyəti qoruyub saxlamaq üçün gücdən istifadə etməyə hazırdır. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klapper Senata müraciət edib. Onun fikrincə, Ukrayna rəhbəri, güya ki, qanunsuz vasitələrlə güc tətbiq edərək situasiyanı dəyişdirməklə və özünün təkrar seçilməsini təmin edəcək. Kəşfiyyat rəhbəri qeyd edib ki, bu isə respublikada demokratik normaların erroziyaya uğraması təhlükəsi yaradır. 
Müraciət müəllifi əlavə edib ki, Moskva ilə Kiyevin ötən ilin sonlarında razılığa gəldiyi Rusiyanın iqtisadi dəstəyi Ukraynanın Rusiyadan asılılığını sürətləndirəcək və respublikanı təzyiqlərə sürükləyəcək.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB