“İctimai Palatanın üzvləri arasında düşmənçilik üzündən qurumun taleyi qeyri-müəyyən qalıb”. Bu sözləri Modern.az-a açıqlamasnıda İctimai Palata Koordinasiya Şurasının üzvü, Vidadi Mirkamal bildirib.
Onun sözlərinə görə, İP üzvlərinin iclas keçirmək istəyi olmadığından qurumla bağlı qərar veril bilmir. “Qurum artıq yox kimidir. İctimai Palatanın taleyi gərək bir yerdə müzakirəyə çıxarılsın. Hər hansı yeni bir təklif, ideya da yoxdur. Orda təmsil olunanlar bir-birilə düşmən mövqeyində olduqlarından bir araya gəlmək mümkün deyil”- deyə V. Mirkamal qeyd edib. Onun sözlərinə görə artıq İP adlı bir təşkilat faktiki olaraq yoxdur.
Aqşin Kərimov