Modern.az

Məktəblərdə dərslər BAŞLADI

Məktəblərdə dərslər BAŞLADI

Təhsil

1 Aprel 2025, 08:02

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.

 

Modern.az xatırladır ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

 

Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.

 

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.

 

Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi