Modern.az

Bu gənclərə təqaüd veriləcək - Prezident pul AYIRDI

Bu gənclərə təqaüd veriləcək - Prezident pul AYIRDI

Təhsil

1 Aprel 2025, 13:20

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər