Modern.az

Müəllimlər üçün müsabiqə davam edir

Müəllimlər üçün müsabiqə davam edir

Təhsil

1 Aprel 2025, 16:27

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu davam edir.

Modern.az xəbər verir ki, layihə sənədlərinin qəbulu 10 aprel 2025-ci il tarixinədək  www.grants.edu.az  saytı üzərindən həyata keçirilir.

Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. 

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI