Bakıya qar yağır, 31 yanvar çovğunlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 31-də
Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, axşam isə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.
Yanvarın 31-də
Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.
Nazirliyin
tibbi-meteoroloji xəbərdarlığında deyilir ki,
yanvarın 31-də çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 1 və 02-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Modern.az