Modern.az

Bakıda qar-çovğundur...

Bakıda qar-çovğundur...

31 Yanvar 2014, 00:14


Bu gün axşam saatlarından başlayaraq Bakıda güclü qar yağmağa başlayıb. Hazırda paytaxtın bir çox yoları buz bağlayıb.

Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumat görə, bu gündən başlayaraq ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir.

Hazırda Azərbaycanın əksər rayonlarına güclü qar yağır, bəzi bölgələrdə qarın qalınlığı yarım metrə çatır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, axşam isə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.

Yanvarın 31-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.


Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU