Modern.az

Sumqayıtda çörək qıtlığı yarandı

Sumqayıtda çörək qıtlığı yarandı

31 Yanvar 2014, 12:20

Ölkədə müşayiət olunan qarlı və çovqunlu hava şəraiti Sumqayıt şəhərində də bəzi problemlər yaradıb. Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, yolların buz bağlaması nəticəsində avtobusların və maşınların hərəkətində problemlər yaranıb. Şəhərdə az sayda marşrut öz xətti ilə hərəkət edir.

Bundan əlavə, anomal hava şəraiti nəticəsində şəhərin elektrik enerjisinin verilməsində də problem yaranıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində şəhərin bəzi yerləri qaranlığa qərq olub.

Mavi yanacaqla bağlı problem olmasa da, Sumqayıtın bəzi yerlərində çörək qıtlığı da yaşanıb. Belə ki, yolların buz bağlaması nəticəsində çörək maşınları mağazalara çörək gətirə bilmir. Çörək qıtlığı isə insanların narazılığına səbəb olur.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU