Modern.az

Bakıda könüllülərin aksiyası əcnəbiləri təəccübləndirdi

Bakıda könüllülərin aksiyası əcnəbiləri təəccübləndirdi

31 Yanvar 2014, 12:30

Dünən axşamdan Bakıda hava şəraitinin kəskin soyuması və bəzi ərazilərdə yolların buz bağlaması səbəbindən bir sıra problemlər yaranıb.

Modern. az saytının əldə etdiyi xəbərə görə, Səbail rayonu ərazisində bir qrup könüllü belə hava şəraitində problemlə üzləşən insanlara yardım etmək təşəbbüsü ilə çıxış edib. Onlar Səbail rayonu ərazisində yolların buz bağlaması səbəbindən mənzil başına, hətta səhiyyə müəssisələrinə çatmaqda çətinlik çəkənlərə konkret yardımlar da göstəriblər.

Məsələn, könüllülərdən biri belə hava şəraitində problem yaranmadan hərəkət edə bilən avtomobili ilə Şəhidlər Xiyabanının yaxınlığından götürdüyü Ruminyadan olan əcnəbi vətəndaşları Badamdar qəsəbəsində yerləşən “Kempinski” otelinə çatdırıblar. Könüllünün bu xeyirxahlığı əcnəbiləri təəccübləndirib.

Səbail rayonu ərazisində könüllülərin başlatdığı bu aksiyanın gün boyu davam edəcəyi bildirilir.

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU