Modern.az

Müəllimlərin iş yerinin dəyişdirilməsi BAŞLADI

Müəllimlərin iş yerinin dəyişdirilməsi BAŞLADI

Təhsil

4 Aprel 2025, 11:58

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Bu barədə Modern.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: //www.miq.edu.az/yerdeyishme/faq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər