Modern.az

QMİ bəyan etdi: “Aşurbəy və Müşfiqabad məscidlərinin imam-axundunu tanımırıq”

QMİ bəyan etdi: “Aşurbəy və Müşfiqabad məscidlərinin imam-axundunu tanımırıq”

31 Yanvar 2014, 14:05

Son günlər İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən müvafiq nəzarətin təşkil edilməməsi və ora din xadimlərinin təyin edilməməsi ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif fikirlərə rast gəlinir.

Bununla bağlı QMİ bildirib ki, adı çəkilən məscidlər İdarənin təşkilati tabeçiliyində deyil.

“Belə ki, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməmişlər və adı çəkilən məscidlərə QMİ tərəfindən din xadimlərinin təyinatı da həyata keçirilməmişdir. Əlavə edək ki, Müşfiqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olmuşdur”-deyə QMİ-nin mətbuat xidmətindən Modern.az-a bildirilib.

Qetd edilib ki, həmin səbəblərə görə, Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil: “Buna görə də həmin məscidlərə tərəfimizdən heç bir din xadimi təyin edilməmişdir. Odur ki, özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri QMİ tanımır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU