Modern.az

Bakıdakı evsizlər üçün müvəqqəti sığınacaqların YERLƏRİ

Bakıdakı evsizlər üçün müvəqqəti  sığınacaqların YERLƏRİ

31 Yanvar 2014, 14:18


Ölkəmizdə qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif yerlərində səyyar sığınacaqlar təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, sığınacaqlar Bakının Nərimanov (Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11), Nəsimi (Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç. 69), Nizami (Xalqlar Dostluğu metrosunun yaxınlığı, Q.Qarayev küç. 118), Xətai (Bakı kinoteatrının qarşısı, Sarayev küç. 20) və Yasamal (Xiyabani küç. 211)  rayonlarında yerləşir.
Sığınacaqlarda yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunurlar.  

Səyyar sığınacaqlara ehtiyacı olanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 –Qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Modern.az    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU