Modern.az

Azərbaycan 296 cinayətkar ermənini axtarır

Azərbaycan 296 cinayətkar ermənini axtarır

31 Yanvar 2014, 15:24

Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Modern. az saytının xəbərinə görə, bunu bu gün Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  Modern.az  
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU