Bu gün Horadiz şəhərində işğal dövrü dagıdılmış daha bir küçənin əsaslı təmir və bərpadan sonra açılışı olub. Modern.az-ın məlumatına görə, açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, rayonda görülən tikinti quruculuq işlərindən danışıb. Bildirib ki, uzunluğu 2 km olan küçə müasir dizayna uyğun bəzədilib, geniş abadlıq-quruculuq işləri aparılıb, elektrik kabelləri yeraltı sistemlə çəkilib, müasir elektrik dirəkləri quraşdırılıb, yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Bir qrup şəhər sakini danışıb, diqqət və qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.