Modern.az

Deputat hakim partiyadan istefa verdi

Deputat hakim partiyadan istefa verdi

31 Yanvar 2014, 16:39

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) partiyadan çıxarılmaq üçün İntizam komissiyasına verdiyi İstanbuldan olan millət vəkili Məhəmməd Çətin partiyasından istefa verib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, AKP-nin Mərkəzi İcra Aparatı onu partiyaya zərər verməkdə, partiya içində fitnə yaradan danışıqlar aparmaqda qınayırdı.

Məhəmməd Çətin isə bu gün təşkil etdiyi mətbuat konfransında istefa etdiyini açıqlayıb. Beləliklə, Çətinlə birlikdə 17 dekabr əməliyyatlarının ardından AKP-dən ayrılan millət vəkilinin sayı səkkizə çatıb.

Rüşvət və sui-istifadə əməliyyatlarının ardından partiyaya qarşı tənqidləri səbəbi ilə Kütahya millət vəkili İdris Bal partiyadan çıxarılması istənincə istefasını açıqlamışdı. Ardından keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay ilə Ankara millət vəkili Haluk Özdalga və İzmir millət vəkili Ərdal Qalxan partiyadan ayrıldılar. Keçmiş daxili işləri naziri İdris Naim Şahin ilə İstanbul millət vəkili Hakan Şükür və Burdur millət vəkili Himayəçi İldırım isə haqlarında intizam əməliyyatı olmamasına qarşı baş nazir Rəcəb Tayyib Ərdoğanın yanaşmasına reaksiya verərək AKP-dən ayrılmışdılar.

Çətinin istefası ilə AKP-nin Türkiyə Böyük Millət Məclisindəki kürsü sayı 319-a düşüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU