Modern.az

Milli Şura REAL-la əməkdaşlıq edəcək

Milli Şura REAL-la əməkdaşlıq edəcək

31 Yanvar 2014, 16:50

“Milli Şura vətəndaş cəmiyyəti ilə bağlı dinləmələr planlaşdırır. Bu, təxminən fevralın 10-dan sonra olacaq. Fevralın ortalarında isə sessiyanın keçirilməsi nəzərdə tutulur”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib. O bildirib ki, sessiyada əsas məsələlərdən bir kimi Avro-inteqrasiya məsələsi müzakirə olunacaq: “Azərbaycanın rəhbəri Davosdakı çıxışında Avro-inteqrsiyadan yayınmağa çalışdı. Qeyd etdi ki, assosiativ saziş imzalanmayacaq, amma stateji əməkdaşlıq ediləcək. Bu, demokratiyaya qapıların bağlanması deməkdir. Assosiativ sazişdə müəyyən öhdəliklər götürülür. Biz Avro-inteqrasiya istiqamətində fəaliyyətimizi gücləndirəcəyik. Bundan başqa, həm də diqqəti siyasi məhbusların azad olunmasına yönəldəcəyik”.

C.Həsənli Milli Şuraya əməkdaşlıqla bağlı müraciətlərin olduğunu qeyd edib: “Milli Şuraya əməkdaşlıqla bağlı müraciətlər var. Yaxın gələcəkdə “ReAl” Hərəkatı ilə müəyyən istiqamətlərdə əməkədaşlıq məsələsinin müzakirəsi istisna deyil”.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU