Modern.az

I sinfinə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərin SİYAHISI

I sinfinə qəbulu müsabiqə yolu ilə aparılan məktəblərin SİYAHISI

Təhsil

7 Aprel 2025, 17:08

I sinfinə qəbulu müsabiqə yolu ilə aparılan təhsil müəssisələri məlum olub.

Bu barədə Modern.az-a MÜTDA-dan məlumat verilib.

Qeyd olunub ki, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılacaq. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.

Eyni zamanda, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəblisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyinin rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayndan kritik açıqlama - Dəhşətli hücum başlayır