Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 8 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
İdarədən Modern.az-a bildirilib ki, martın 2-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şəhanə Abbasova, “Zəngi” liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Tovuz Seyidova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.
***
Xəbər verdiyimiz kimi, martın 2-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər maksimum - 300 bal toplayıb.
Modern.az-ın məlumatına görə, ən yüksək bal toplayanlardan 13 nəfəri Bakı məktəblisidir.
Onlardan biri Rəhim Fərəczadədir. O, Bakı şəhəri 68 saylı orta məktəbin şagirdidir.
Yüksək bal toplayan Tovuz Seyidova isə 295 saylı orta məktəbdə oxuyur.
192 nömrəli məktəbin şagirdi Ülkər Ələkbərova
Bakı şəhəri 54 nömrəli tam orta məktəbin şagirdi - Mürvətova Gülay Rəşad qızı