Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlananda məlum oldu ki, 23 nəfər 300 bal toplayıb.
Modern.az-ın məlumatına görə, buraxılış imtahanında maksimum nəticəyə imza atan şagirdlərdən ikisi lənkəranlı qız və oğlandır.
Belə ki, Lənkəran rayonu Boladi kənd 1 saylı orta məktəbinin 11-ci sinif şagirdi İbadzadə Həlimə Emil qızı buraxılış imtahanında 300 bal toplamaqla həmyerlilərini qürurlandırıb.
Lənkəran rayonu Xarici dil təmayüllü internat orta məktəbin 11-ci sinid şagirdi Həsənov Fizuli İlqar oğlu da maksimum nəticə ilə müəllimlərini sevindib.