Modern.az

Bağça müdirlərinin yerdəyişməsi BAŞLAYIR

Bağça müdirlərinin yerdəyişməsi BAŞLAYIR

Təhsil

11 Aprel 2025, 10:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır.

Bu barədə Modern.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə 3 (üç) ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər. Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 11-dən 17-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər