Modern.az

Məktəbdə dəm qazından zəhərlənən şagirdlər evə BURAXILDI (YENİLƏNİB)

Məktəbdə dəm qazından zəhərlənən şagirdlər evə BURAXILDI (YENİLƏNİB)

Təhsil

11 Aprel 2025, 13:02

Aprelin 11-də Tovuz rayonu Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan və 2-ci dərs başlayan zaman halı pisləşən 5 şagirdin səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyinin diqqət mərkəzində saxlanılır.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, Tovuz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Musayev və məktəbin direktoru xəstəxanada şagirdləri ziyarət edib, səhhətləri ilə maraqlanıblar:

"Bildiririk ki, məktəblilər müayinə edilib, hər birinə müvafiq tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi davam edir."

 

***

Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb.

“Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır” – məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər