Modern.az

Şonqar sakinləri yeni məktəb istəyirlər - Bakı Təhsil İdarəsindən REAKSİYA

Şonqar sakinləri yeni məktəb istəyirlər - Bakı Təhsil İdarəsindən REAKSİYA

Təhsil

11 Aprel 2025, 17:32

Bakının Qaradağ rayonunda yerləşən Şonqar qəsəbəsinin sakinləri yaşayış məntəqəsində məktəbin olmamasından narazıdırlar.

Modern.az mövzu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Şonqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi ilə bağlı əraziyə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb və ilkin məlumatlar toplanıb.

Qeyd edilib ki, paytaxt ərazisindəki yaşayış məntəqələrində əhali sıxlığı müşahidə edilən və ehtiyac duyulan yerlərdə yeni məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin tikintisi davamlı olaraq həyata keçirilir. Əhalinin sıxlığı və artım tempi nəzərə alınaraq, gələcəkdə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə Şonqar qəsəbəsində yeni təhsil müəssisəsinin tikilməsi məsələsi müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ