Modern.az

Özü maksimum, bacısı 247 bal TOPLADI

Özü maksimum, bacısı 247 bal TOPLADI

Təhsil

11 Aprel 2025, 18:09

Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent 300 bal toplayıb.

 

Modern.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, maksimal bal toplayanlardan biri də Şəmkir rayonu Kür qəsəbəsi H.Z.Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədovadır. O, imtahanda maksimum - 300 bal toplayıb.

 

Nəzrin 5 yaşında məktəbə gedib, xüsusi biliyi ilə seçilib.

 

Onun bacısı Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbin üçüncüsü olub.

 

Bacıların ikisi də Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olmaq üçün hazırlaşır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər