Modern.az

Güləş Federasiyası Elçin Əliyevə “saqqal darağı” verəcək - Mövqe

Güləş Federasiyası Elçin Əliyevə “saqqal darağı” verəcək - Mövqe

Təhsil

4 Fevral 2014, 11:17

“Elçin Əliyevin özü də etiraf edib ki, komandadan qovulmaq söhbəti yoxdur. Ona deyilib ki, üzünü qırxıb gəlsin. O da üzünü qırxmaq istəmədiyinə görə məşqə gəlmir. Yəni bu, qovulma deyil. Bununla bağlı federasiyanın rəsmi mövqeyi yəqin ki, bu gün açıqlanacaq”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Musayev deyib.

Xatırladaq ki, dünən yunan-Roma güləşi üzrə milli komandanın üzvü, Avropa çempionu Elçin Əliyev saqqal saxladığına görə komandanın təlim-məşq toplanışından qovulması barədə xəbərlər yayılmışdı.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU