Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin keçirilmə tarixlərini elan edib.
Modern.az xəbər verir ki, DİM-in buliki məlumatında I ixtisas qrupu üzrə informatika üzrə ayrıca imtahan nəzərdə tutulmayıb.
DİM bildirib ki, I ixtisas qrupu üzrə həm Rİ (riyaziyyat-informatika), həm də RK (riyaziyyat-kimya) altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər I cəhddə bir, II cəhddə isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.
DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə məsələ ilə bağlı Modern.az-a deyib:
"Bildiyiniz kimi, qəbul imtahanlarının ikinci cəhdini iki dəfə keçiririk: şərti olaraq yaz imtahanı və yay imtahanı. Dəyişiklik ondan ibarətdir ki, abituriyent hər imtahan sessiyasında yalnız bir altrupu seçə bilər: ya Rİ-ni, ya da RK-nı. Yəni bir imtahanda iki altqrupu eyni anda seçə bilməzlər".