Modern.az

Magistr imtahanlarının II cəhdində iştiraka görə 1 027 200 manat yığılıb

Magistr imtahanlarının II cəhdində iştiraka görə 1 027 200 manat yığılıb

Təhsil

17 Aprel 2025, 14:03

Xəbər verdiyimiz kimi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının II cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə,

20 544 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 19 053-ü Azərbaycan bölməsi, 1 489-u isə rus bölməsinin bakalavrlarıdır.

Yaxın günlərdə “İmtahana buraxılış vərəqəsi” təqdim olunacaq.

İmtahan mayın 11-də keçiriləcək.

Qeyd edək ki, magistraturaya qəbul imtahanında iştirak bir nəfər üçün 50 manatdır.

II cəhd imtahanlarında iştirak üçün 20 544 bakalavrın ərizəsini təsdiqlədiyini nəzərə alsaq, onda bu prosesdən 1 027 200 manat yığıldığını qeyd edə bilərik.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur