Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır.
300 bal toplayanlardan biri Naxçıvan məktəblisi İsmayılova Səma Firəddin qızıdır. O, Naxçıvan MR Şahbuz rayonu, Badamlı qəsəbə orta məktəbin şagirdidir.
Məktəbli Modern.az-a açıqlamasında bildirib ki, imtahan uğurla keçib, hazırlıqlı olmaq imtahanda özünü çox yaxşı hiss etdirir.
O II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyir:
“Təhsilimi maliyyə, yaxud biznesin idarəedilməsi üzrə davam etdirmək istəyirəm. 700 bal toplamaq uğrunda çalışıram. Abituriyentlərə tövsiyə edirəm ki, çox yox düzgün çalışsınlar. Bu şəkildə imtahana hazırlaşmaq daha asan olur”.