Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır.
300 bal toplayanlardan biri Bağırova Aişə Faiq qızıdır. O, Bakı şəhəri, 89 saylı orta məktəbin XI sinif şagirdidir.
Modern.az-a açıqlamasında məktəbli deyib ki, bu nəticəni gözləyirdi.
“Bu nəticəni gözləyirdim, müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində bu nəticəni hədəfləyirdim”, - o qeyd edib.
Aişə deyir ki, IV ixtisas qrupu üzrə tibb təhsili almaq istəyir:
“Abituriyentlərə məsləhətim ondan ibarətdir ki, hər zaman çox çalışsınlar. Əmək çəkən hər insan bunun qarşılığını görür. Öz motivasiyalarını itirməsinlər. Məqsədim blok imtahanında da 400 bal toplayaraq rekord nəticə göstərməkdir. Bunun üçün də var gücümlə çalışıram”.