Modern.az

O da 300 bal toplayanlar arasındadır

O da 300 bal toplayanlar arasındadır

Təhsil

17 Aprel 2025, 16:20

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u oğlandır. 

Modern.az-ın məlumatına görə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdi Şahin Məmmədov da 300 bal toplayanlar arasındadır.

Bununla da region üzrə maksimum nəticə göstərən şagirdlərin sayı ümumilikdə 4 nəfərə çatıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dilindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə 100 bal olmaqla, ümumilikdə 300 bal maksimum nəticə hesab olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi