Modern.az

Maksimum bal toplayan Laçın məktəblisi

Maksimum bal toplayan Laçın məktəblisi

Təhsil

18 Aprel 2025, 10:16

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin şagirdi Güllü Şirinova buraxılış imtahanında 300 bal toplayıb. 

Modern.az xəbər verir ki, "Azərbaycan müəllimi" Güllü ilə həmsöhbət olub. 

Maksimal nəticə göstərən Güllü deyir ki, hər üç fəndən yüksək nəticəsinin olduğuna inanmayıb. Sevincini ilk atası ilə bölüşdüyünü dilə gətirir. 

"Özüm inanmadım, birdən səhv görərəm deyə nəticəmi atama da göstərdim. Sonra müəllimlərimə göndərdim. Təbii ki, hər biri bu nəticəyə çox sevindi. Ailəm, məktəbim mənə hər zaman dəstək göstərib, inanıb. O inam  mənə irəliyə getmək, hədəfə çatmaq üçün dəstək olub. I ixtisas qrupu üzrə hazırlaşıram. “Riyaziyyat-informatika müəllimliyi” üzrə ali təhsil almaq istəyirəm. Qazandığım təcrübələr, uğurlarımla gələcək nəsillər üçün faydalı olmağa çalışacam".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər