Modern.az

Ramil Usubov Suraxanıya yeni polis rəisi təyin etdi

Ramil Usubov Suraxanıya yeni polis rəisi təyin etdi

4 Fevral 2014, 22:29

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bu gün imzaladığı əmrlə Suraxanı rayon Polisİdarəsinə yeni rəis təyin edilib.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib. Hazırda Beyləqan rayonunun polis rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur. 

Xatırladaq ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU