Modern.az

Prezident regionların inkişafına həsr olunmuş konfrans keçirib

Prezident regionların inkişafına həsr olunmuş konfrans keçirib

5 Fevral 2014, 12:12


Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Dövlət başçısı konfransda giriş nitqi söyləyib.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Azərbaycan Prezidenti konfransda yekun nitqi söyləyib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU