Modern.az

Söyün Sadıqov İbrahimbəyovu Azərbaycanın ağsaqqalı adlandırdı

Söyün Sadıqov İbrahimbəyovu Azərbaycanın ağsaqqalı adlandırdı

5 Fevral 2014, 12:17

“Çox gözəl bir gündür, ona görə ki, Azərbaycan xalqının böyük oğlu və ağsaqqalı Rüstəm İbrahimbəyov 75 illik yubileyini qeyd edir”. Modern.az saytının məlumatına görə, bunu “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov tanınmış rejissor və dramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyova ünvanladığı təbrik məktubunda qeyd edib: 

“O, Azərbaycan və SSRİ, eləcə dünya kinosu və dramaturgiyasının inkişafı üçün çox şey edib. O bu gün də müstəqil Azərbaycanın və Rusiyanın kino və dramaturgiyanın inkişafı üçün öz istedadını sərf edir. Onu şəxsən özümün və yaxınlarımın adından təbrik edirəm, ona qafqazlılara xas olan uzun ömür və Sibirsayağı sağlamlıq arzulayıram. Qoy Allah ona güc və imkan versin ki, hələ uzun illər bizi öz istedadı və uaradıcılığı ilə sevindirsin.
Azərbaycan xalqının hörmətli ağsaqqalı Rüstəm müəllim, icazə verin sizi Sadıqovlar ailəsinin adından yubileyiniz münasibətilə təbrik edim! Sizə cansağlığı və uzun ömür arzulayırıq. Biz sizi sevir və dəyərləndiririk, qoy Allah həmişə sizi sevindirdsin”.

Fevralın 5-də yazıçı və kino xadimi, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun 75 yaşı tamam olub.

Rüstəm İbrahimbəyov 1939-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını və Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Onlarla bədii filmin, televiziya filmi və tamaşaların, bədii əsərlərin müəllifidir. Hazırda Moskvada yaşayır.

2013-cü ilin iyul ayında Milli Şuranın sədri və Azərbaycan prezidentliyinə namizədi seçilib. Ancaq Rüstəm İbrahimbəyov ölkəyə gələ bilməyib, Mərkəzi Seçki Komissiyası isə onun prezidentliyə namizədliyini qeydə almayıb. Ötən ilin dekabrında Rüstəm İbrahimbəyov Milli Şuranın sədri vəzifəsindən istefa verib və qurumun fəxri sədri seçilib.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU