“Bələdiyyə seçkiləri ilə bağlı qərarımız var. İri şəhərlərdə pilot bələdiyyələr seçərək gənc üzvlərimizlə seçkiyə qatılacağıq. Seçkidə harada daha güclü çıxış edə biləcəyimizi araşdırırıq”.
Bunu Modern.az-a “ReAL” Hərəkatının icra katibi Natiq Cəfərli deyib. O, parlament seçkiləri ilə bağlı isə ilkin namizədlərin mayda açıqlanacağını bildirib: “Bu ilin mayında 20-25 dairə üzrə ilk namizədlərimizi elan edəcəyik. Parlament seçkilərinə il yarım qalmış həmin namizədlər öz fəaliyyətlərinə başlayacaqlar. Qanunda buna qadağa yoxdur. Obrazlı desək, həmin dairənin “kölgə deputatı” modelinə keçəcəyik. May ayından sonra hər iki-üç aydan bir 3-5 namizədin açıqlanması prosesi gedəcək. Biz hansı dairələrdən namizəd irəli sürəcəyiksə, seçkiyə bir il qalmış həmin namizədlər özlərini tanıtmağa başlayacaqlar”.
N.Cəfərli hazırda “ReAL”ın seçki ilə bağlı heç bir siyasi partiya ilə danışıqlar aparmadığını qeyd edib: “Heç bir partiyaya ilə danışıqlar aparmırıq. Heç bir koalisiyay qoşulmaq fikrimiz də yoxdur. Amma seçkilərə az müddət qalmış hansısa partiyadan təklif gələrsə, dəyərləndirə bilərik. Bu günə olan qərarımız heç bir koalsiyada iştirak etməməkdir”.
“ReAL”ın icra katibi Milli Şura ilə əməkdaşlıq məsələsindən də danışıb: “Cəmil müəllimin özü ilə sıx əlaqələrimiz var. Onunla görüşlərimizdə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edirik. Amma bu, o demək deyil ki, Milli Şura ilə “ReAL” Hərəkatı arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Bu, siyasətdir, gələcəkdə seçkilərə az qalmış seçkilərə marağı artıracaq təkliflər olarsa, müzakirə edərik”.
İlkin