Modern.az

İlham Əliyev Soçi Olimpiadasına gedir

İlham Əliyev Soçi Olimpiadasına gedir

5 Fevral 2014, 12:40


Azərbaycan prezidenti İlham Əliyev Soçidə keçiriləcək Qış Olimpiadasında iştirak edəcək. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyadakı səfirimiz Polad Büblübüloğlu “Veçernaya Moskva” qəzetinə verdiyi müsahibədə bildirib.

“Hazırda Soçi Olimpiadasının açılışı üçün bizim prezident İlham Əliyev gəlməyə hazırlaşır. Bununla əlaqədar çoxsaylı protokol görüşləri və tədbirlər gözlənilir”-deyə P.Bülübüloğlu bildirib. Onun sözlərinə görə, hazırda dövlət başçsının səfəri çərçivəsində keçirləcək görüşlərlə bağlı qrafik hazırlanır.

Azərbaycan Soçidə  keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrik Brahner (Avstriya), Sedrik Notz (İsveçrə) və Qaya Bassani Antivaridir (İtaliya).

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU