Modern.az

Praqa Yanukoviçi qəbul etməkdən imtina etdi

Praqa Yanukoviçi qəbul etməkdən imtina etdi

5 Fevral 2014, 13:09


Praqa şəhər hökuməti Ukrayna prezidenti Viktor Yanukoviçin aprel ayına təyin olunan səfərinin təşkilində iştirakdan imtina edib. Modern.az saytı xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Çexiya paytaxtının meri Tomaş Qudeçek bəyan edib ki, əgər Yanukoviç şəhərə gələrsə, yerli hakimiyyət onun səfəri ilə bağlı heç bir tədbir keçirməyəcək və onu ənənəvi qəbula dəvət etməyəcək. Qudeçek onu da qeyd edib ki, Ukrayna liderinin keçmiş prezident Vatslav Qavelin adını daşıyan hava limanına enməsi absurd olardı. Bununla belə Praqa hökuməti Ukrayna müxalifətinə 500 min Çexiya kronu (24,6 min dollar) həcmində humanitar yardım verməyi qərara alıb.

Yanukoviçin Çexiyaya aprel ayındakı səfərinin ləğvini ölkə prezidenti Miloş Zemandan bir sıra ictimai xadimlər, şairlər, müğənnilər, idmançılar, şəhər və vilayət administrasiyalarının rəhbərləri xahiş ediblər. Çexiya lideri ukraynalı həmkarını bu ölkəyə ötən il dəvət edib.

  Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU