Modern.az

Yeni təyin olunan idarə müdiri Prezident tərəfindən mükafatlandırılıb

Yeni təyin olunan idarə müdiri Prezident tərəfindən mükafatlandırılıb

Təhsil

21 Aprel 2025, 19:04

Xəbər verdiyimiz kimi, regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Modern.az-ın məlumatına görə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunan Vüqar Dadaşov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavr təhsili alıb.

O, 2006-2016-cu illərdə Humanitar təmayüllü "Muğan" liseyində tarix müəllimi işləyib. 2013/2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim”müsabiqəsinin qalibi olub və Prezident İlham Əliyevin sərəncamı ilə mükafatlandırılıb.

O, 2016-2020-ci illərdə Neftçala rayonu 3 nömrəli tam orta məktəbin direktoru, 2020–2022-ci illərdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023-2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib.

Bu təyinatadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur