Modern.az

Bakıdakı özəl məktəbin 300 bal toplayan şagirdi - FOTO

Bakıdakı özəl məktəbin 300 bal toplayan şagirdi - FOTO

Təhsil

22 Aprel 2025, 09:33

Xəbər verdiyimiz kimi, 9 mart 2025-ci il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə, 20 şagird maksimum - 300 bal toplayıb.

Modern.az-ın məlumatına görə, buraxılış imtahanlarının nəticələrinə görə, ölkə rekordçusu olan şagirdlərdən biri Bakıdakı özəl orta məktəbdə təhsil alır.

Bu, ERA tam orta ümumtəhsil məktəbinin şagirdi İlham Xəyyam oğlu Əsgərdir.

Təhsil ocağından bildirilib ki, İlham Əsgər ERA tam orta məktəbinin ən nümunəvi şagirdlərindən biridir.

O, ötən il "American Mathematics Olypiad"da uğurlu çıxış edərək, diplom və medal qazanıb.
 

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi