“Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi”. Modern.az xəbər verir ki, Bunu öz Facebook səhifəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazıb.
“Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bu günü və gələcək inkişafına həsr olunmuşdu. Cənab Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə Facebook səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm”, – deyə R.Mehdiyev qeyd edib.
Modern.az