Modern.az

Bu universitet ənənəvi jurnaldan imtina etdi

Bu universitet ənənəvi jurnaldan imtina etdi

Təhsil

22 Aprel 2025, 17:31

Mingəçevir Dövlət Universitetində ənənəvi jurnaldan imtina edilib.

Modern.az xəbər verir ki, bu barədə ali təhsi müəssisəsinin rektoru Anar Eminov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, son günlər tələbələrlə olan imtahan öncəsi görüşlərin nəticəsi olaraq aşağıdakı qərarlar qəbul edilib

- 20 gün ərzində ənənəvi jurnaldan imtina, elektron jurnala keçid;

- Elektron İmtahan Mərkəzinin qurulması və yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması;

- Test bankının öncədən tələbələrə təqdim edilməsi;

- Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimlərin (seminarların) verilməsi;

- Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi;

- İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək üçün “Qaynar xətt” yaradılması;

- Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və  Elektron Təcrübə Portalının yaradılması;

- Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndlərinin cəlb olunması;

Dəyişikliklər daha obyektiv qiymətləndirmə və prosesin şəffaflığını artırmaq məqsədi daşıyır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər