Modern.az

Azərbaycanlı deputat Türkiyənin fəxri vətəndaşı oldu

Azərbaycanlı deputat Türkiyənin fəxri vətəndaşı oldu

6 Fevral 2014, 10:04

Türkiyənin Karabük bələdiyyə məclisi millət vəkili Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşı adı verilməsi ilə bağlı qərar qəbul edib

Deputatın köməkçisinin Modern.az saytına verdiyi məlumata görə, Türkiyənin böyük bölgələrindən biri olan Karabükun Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, dr. Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri Rafet  Vergili  tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb.

 Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları  ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsini müsbət addım olardı. Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Karabükü fəxri elçisi olaraq hər zaman tanıtdığını və təbliğ etdiyini vurğulanaraq millət vəkilinin Karabük fəxri vətəndaşı adı ilə təltif edilməsi təklif edilib. Müxtəlif tədbirlər, konfranslar çərçivəsində tez-tez  Karabükə gələn Q.Paşayevanın Karabükü anlatdığı " Doğmaca evim kimi-Karabük" başlıqlı böyük tanıtım yazısı və Karabükü hər zaman sevgi ilə təbliğ etməsi ilə Karabüklülərin  rəğbətini qazandığı vurğulanıb.

 Millət vəkili Qənirə Paşayeva bu qərara görə Karabük bələdiyyəsinə təşəkkür edib. “Karabük bələdiyyə məclisinə, başqanı dəyərli Rafet bəyə və bütün məclis üzvlərinə məni Karabük fəxri vətəndaşlığına layiq gördüklərinə və fəxri hemşeri adı verilməsi ilə bağlı qərar qəbul etdikləri üçün təşəkkür edirəm! Karabük fəxri vətəndaşı olmaq mənim üçün böyük bir qürur və şərəfdir!Karabük haqqında yazımı mənə bu gözəl bölgədə özümü öz evimdəki kimi hiss etdirən dəyərli dostlara dəyərli bələdiyyə başqanı Rafet bəyə, yardımçılarına, bələdiyyə məclis üzvlərinə, dəyərli valimiz İzettin bəyə və gözəl xanımına, , Karabükün çox dəyərli millət vəkili  Mehmet Ali Şahinə bəyə və ailəsinə, qardaşım Şükrü bəyə və digər bütün dostlara böyük təşəkkür edirəm! "Doğmaca evim kimi-Karabük" adlandırmışdım sevimli Karabüklə bağlı yazımı .Təşəkkürlər Karabük və orada yaşayan qardaş-bacılarımız! Sizi çox sevirəm və Karabük fəxri vətəndaşı adını doğrultmaq üçün sizinlə birgə mən də Karabük üçün əlimdən gələni etməyə çalışacam. Gözəl Karabükü görməyən dostlara isə mütləq bu gözəl bölgəni ziyarət etməyi, qədim Safranbolunu görməyi tövsiyyə edərdim”.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU